A.Sutil: “Bütün hüquqi problemlər həll olunub”

Keçən ilin əvvəllərində Lotus komandasının həmsahibi Erik Lyuksla yaşadığı insidentə görə Force İndia komandasının sürücüsü Adrian Sutilin aldığı şərti cəza […]

Keçən ilin əvvəllərində Lotus komandasının həmsahibi Erik Lyuksla yaşadığı insidentə görə Force İndia komandasının sürücüsü Adrian Sutilin aldığı şərti cəza onun ABŞ, Kanada və ya Avstraliyaya viza almasına mane ola bilər. Əgər almaniyalı sürücü keçmiş komandası ilə gələn il üçün müqavilə bağlayarsa, onda bu ölkələrə onun getməsi sual altında olacaq – amma BBC-nin efirində Sutil bildirib ki, bütün problemlər yoluna qoyulub…

Adrian Sutil: “Bütün hüquqi problemlər hələ keçən ilin qışında həll olunmuşdu və mən bu ölkələrə vizanın alınması ilə bağlı hər hansı bir problem gözləmirəm. Mən yeni startlara hazıram, hərçənd, müqavilə hələ imzalanmayıb.

Force İndia mənim güclü tərəflərimi bilir, bir yerdə beş il çıxış etmişik və çox uğurlar qazanmışıq. Qərarı Vicey Malya qəbul edəcək, ümid edirəm ki, qərar düzgün olacaq və mən gələn il sükan arxasına qayıdacam.

Mən narahat deyiləm. Mən bilirəm ki, cari şəraitdə əlimdən gələni etmişəm və komandanın cavabını gözləyirəm.”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*