A.Sutil: “Bu il biz güclüyük”

Mövsümün ilk iki yarışında Force İndia komandasının hesabına yalnız Vitantonio Liutsi xallar qazanıb, Malayziyada isə növbə Adrian Sutilə çatıb – […]

Mövsümün ilk iki yarışında Force İndia komandasının hesabına yalnız Vitantonio Liutsi xallar qazanıb, Malayziyada isə növbə Adrian Sutilə çatıb – dördüncü yerdən start alan alman sürücü startdaca Kubitsanı irəli buraxsa da, beşinci mövqeyini finişə qədər qoruya bilib. Yarışın son dövrələrində Sutil Lyuis Həmiltonun ciddi hücumlarını dəf edə bilib…

Adrian Sutil: “Finişdə beşinci yer əla nəticədir, mən ümid edirdim ki, yarış yaxşı keçəcək, ilk iki yarışda mənim bəxtim gətirməmişdi və mən finiş görməmişdim. Ümumən, bu il biz güclüyük və maşınalrımız da sürətlidir.

Son dövrələrdə Lyuis Həmilton mənə hücum edirdi, amma mən bilirdim ki, əgər səhvə yol verməsəm, o məni keçə bilməyəcək, ona görə də bütün diqqətimi maşının idarəolunmasına yönəltdim. Əlbəttə, mən özüm də hücum edirdim, amma hər şeyi nəzarətdə saxlayırdım.

Məncə, biz uğurlu çıxışımızı Çində də davam etdirə bilərik, hər üç yarışı ilk onluqda başa vuraraq xeyli xal toplamışıq, sıralanma turlarında isə mütəmadi olaraq üçün sessiyaya keçirik. Əgər mövsümün bütün yarışlarında belə stabil olsaq, payızda yüksək mövqe tutacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*