Sürücülərin şlemləri daha təhlükəsiz olacaq

Sürücülərin müasir şlemləri mühəndislərin incəsənət əsərləridir. Hətta 55 tonluq tankın tırtılları altında bu şlem deformasiya olunmur və 800 dərəcəlik istiyə 30 saniyə tab gətirə bilər: amma bu zaman şlemin içindəki temperatur 70 dərəcəni aşmır.

F-1.az xəbər verir ki, belə şlemlər FİA-nın İSO-8860 standartına cavab verir və 2004-cü ildən üç şirkət tərəfindən istehsal olunur: Arai, SchuberthBell. Yeni mövsüm ərəfəsində şlemlər daha da təkmilləşdirilib: vizorların yuxarı kənarı bərk 25 mm-lik Zylon təbəqəsi ilə örtülüb. Bu sahə sürücülərin görməsini praktiki olaraq azaltmır, həm də adətən məhz bu sahəyə reklam xarakterli loqotiplər yapışdırılır.

Zylon – sintetik polimerdir və müxtəlif sahələrdə tətbiq olunur: ondan güllə keçirməyən jiletlər, qar üzərində gəzən maşınların tırtıllarını və s. düzəldirlər. Formula1-də də istifadə olunur: 2007-ci ildən kokpitin bərkidilməsi üçün və qəza zamanı təkərlərin maşından qopmaması üçün lazım olan troslar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*