F-1.az bildirir ki, məlumatlar qeyri-rəsmidir və cədvəldə sürücülərin sponsor, bonus və s. kimi gəlirləri nəzərə alınmayıb.
Gözlənildiyi kimi, cədvələ 7 qat dünya çempionu Lyuis Həmilton başçılıq edir – 45 milyon dollar. Amma qeyd edək ki, keçən il titulların sayı az olsa da, britaniyalı sürücünün müqaviləsinin illik dəyəri 45 milyon avro idi ((
Maks Ferstappen trasda olduğu kimi elə bu cədvəldə də Lyuisi təqib edir – 40 milyon dollar…
Sebastyan Fettel, Daniel Rikkardo və Şarl Lekler bu il Lyuisdən 3 dəfə az qazanacaqlar – 15 milyon dollar…
Beş sürücünün builki maaşı isə 10 milyon dollardır və siyahıya dünya çempionları Fernando Alonso və Kimi Rəykkönen başçılıq edirlər, Valtteri Bottas və Karlos Saynsın komandalarına görə burada olması təəccüblü görünməsə də, Ləns Strollun böyük maaşının səbəbi hamıya məlumdur…
Serxio Peres yeni komandasında 8 milyon dollar qazansa da, yəqin ki, maaşı ona şəxsi sponsorları ödəyir.