Niko Rosberq Formula1 tarixinin ilk Azərbaycan yarışını qazanaraq, həm 3 yarışdan sonra qalib gəldi, gəm də mövsümün ən gözəl 1-cilik kubokunu qazandı. Belə görünür ki, almaniyalı sürücü bu kubokun gözəlliyinə elə vurulub ki, təyyarədə belə gözündən ayrı qoya bilmir.
Niko Rosberq karyerasında ikinci dəfə “Böyük Dəbilqə” edərək qazandığı Azərnaycan yarışından sonra, Almaniya yığmasının Avropa Çempionatında qrupunu lider başa vurmasına görə sevinib. Deyəsən, Azərbaycan almaniyalı sürücü üçün düşərli olub.
Rosberq Bakıda karyerasının ikinci “Böyük Dəbilqə”sini əldə etdi. Növbədə isə onun ən çox sevdiyi yarışlardan biri olan Avstriya var. Almaniyalı sürücü Red Bull Ring təqvimə qayıdandan sonra buradakı hər iki yarışı da qazanıb. Rosberq həm Avstriyadakı uğurunu davam etdirmək, həm də Həmiltonla fərqi bir az da artırmaq üçün vaxt itirmədən fiziki hazırlığını artırmağa başlayıb.
Bu mövsüm xal ala bilməyən sürücülərdən biri olan Colion Palmer ailəsi ilə birgə Azərbaycandan Yunanıstana yola düşüb və tətilini Corfu adasında davam etdirib.
Yunanısatanda səmərəli tətil keçirən Colion Palmer Qudvud Sürət Festivalında iştirak etmək üçün İngiltərəyə yola düşüb. Britaniyalı sürücü Lotus-un 2012-ci il bolidi E20 ilə sürət həvəskarlarına şou göstərib. Qeyd edək ki, Qudvud Sürət Festivalı 1993-cü ildən təşkil edilir və bu il festivalda Formula1 Dünyasından Lyuis Həmilton, Censon Batton, Martin Brandl və Niko Hülkenberq kimi sürücülər də iştirak edəcək.
Niko Hülkenberq bu mövsüm Serxio Pereslə mübarizədə məğlub olmaqda davam edir. Almaniyalı sürücü Azərbaycanda komanda yoldaşı Serxio Peresdən 52 saniyə geridə qaldı. Peres podiuma çıxdığı halda, Hüklenberq 9-cu yeri tutdu, amma belə görünür ki, bu hal Hülkenberqə təsir etmir. Hülkenberq növbəti Avstriya yarışına hazırlaşmaqdansa, gününü hovuz kənarında günəş vannası qəbul edərək keçirir.
Son dövrlərdə zəif performans göstərdiyi üçün tənqid hədəfinə çevrilən Felipe Nasr, özünü atıcılıqda sınamağa başlayıb. Braziliyalı sürücü Bakıda keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bəxtini sınamaq istəyir. Belə görünür ki, Bakıdakı xoş aura və qonaqpərvərlik braziliyalı sürücüyə həzz verib və o yenidən şəhərimizə gəlmək üçün bəhanə axtarır.
Son dövrlər Sauber-dən ayrılacağı ilə bağlı söz-söhbətlər artan Nasr Braziliyada əsas sponsoru olan Banco De Brasil bankının tədbirində iştirak edib və bankın prezidenti Paulo Kaffarelli ilə bəzi fikir mübadiləsi ediblər. Bundan başqa, braziliyalı sürücü fanlarına imzalı papaqlardan da paylayıb.
Ard-arda iki çətin yarışı və daha sonra müxtəlif tədbirləri geridə qoyan Felipe Nasr, istirahət üçün yenidən vətəninə dönüb və burada həm iti ilə, həm də qız dostu ilə səmərəli istirahət edib.
Bu il mükəmməl performans göstərərək, bütün diqqətləri üzərinə cəlb edən Markus Eriksson, həmişəki kimi tətilini öz vətənində keçirir. İsveçli sürücü dostları ilə bir yerdə gecə ilə gündüzün bərabərləşdiyi gün olan Midsummer bayramını qeyd edib. Xatırladaq ki, İsveçdə 21 iyundan sonrakı cümə günü Midsummer gecəsi adlandırılır və şənbə günü Midsummer tətili elan edilir. Bu bayram isveçlilər üçün çox vacibdr
Kanadada podium qazanaraq, cari mövsüm komandasına ilk dəfə bu uğuru yaşadan Valtteri Bottas komandanın sponsorlarından olan Randstad-ın tədbirində iştirak edib. Finlandiyalı sürücü daha sonra Sky Sport-un aparıcısı Rakel Bruks ilə Palmer Racing-in avtomobilində dövrə vurub. Qeyd edək ki, Randstad şirkəti insanlara iş tapmaqda kömək edir.
İlk 6 yarışda xal alaraq, bu ilin ən stabil sürücüsü olan Felipe Massa, Kanada və Azərbaycan yarışlarında cəmi 1 xal qazana bildi və turnir cədvəlində komanda yoldaşı Bottasın gerisinə düşdü. Braziliyalı sürücü uğursuzluq seriyasından çıxmaq üçün vaxt itirmədən simulyatorda işləməyə başlayıb. Təcrübəli sürücü karyerasındakı sonuncu poulu 2014-cü ildə Avstriyada qazanıb. Bundan başqa Massa keçən mövsüm ilk podiumunu Red Bull Ring-də qazanmışdı. Bəs görəsən, Massa buradakı uğurlu çıxışını davam etdirə biləcəkmi?
Son QP-lərdə həm sıralanma, həm də yarış tempinə görə komanda yoldaşı Alonsoya uduzan Censon Batton, bu problemləri aradan qaldırmaq üçün hazırlıqlara başlayıb. Alonso bu mövsüm 3 dəfə son sessiyaya qaldığı halda, Batton Bakıdakı yarışda ikinci sessiyaya belə çıxa bilməmişdi. Bu da britaniyalı sürücü üçün təhlükə siqnallarının çalınması deməkdir. Görək Battonun bu səyləri bir nəticə verəcəkmi?
Sponsor tapmaq cəhətdən tarixinin ən bərbad illərini keçirən McLaren komandası yeni sponsorluq müqaviləsi bağlayıb. Britaniya təmsilçisi Michael Kors geyim firması ilə yeni müqavilə bağlayıb və Fernando Alonso ilə Censon Batton şirkətin onlara verdiyi dəbdəbəli geyimləri nümayiş etdiriblər.
İlk iki yarışdakı performansı ilə “Günün Sürücüsü” seçilən Roman Qrojan daha sonra uğursuz nəticələr almağa başladı. Belə görünür ki, fransalı sürücü bu uğursuzluğu aradan qaldırmaq üçün peşəkarlarla işləmək qərarına gəlib. Fransalı sürücü velosiped üzrə Olimpiya Çempionu olmuş Paskal Rikar ilə velosiped yürüyüşünə çıxaraq, fiziki hazırlığını artırıb.
Maks Ferstappen Kanada yarışında Rosberqə qarşı mükəmməl müdafiə olundu və “Günün Sürücüsü” seçildi. Daha sonra isə istirahət etmədən Bakıya gəldi və doğma şəhərimizdəki yarışdan qənaətbəxş nəticə ilə ayrıldı. Belə görünür ki, ard-arda keçirilən qoşa yarışlar Ferstappeni çox yorub və iştahasını açıb. Hollandiyalı sürücü həftəsonu yarış olmamasından istifadə edərək, pəhrizini pozmağa qərar verib.
Maks Ferstappen Red Bull-a getdikdən sonra ağ günə çıxan Karlos Sayns Azərbaycanda ilk dəfə Daniil Kvyata məğlub oldu, amma belə görünür ki, bu hal ispaniyalıya elə də ciddi təsir etməyib. İspaniyalı sürücü motorlu qayıq ilə dəniz səyahətinə çıxaraq, səmərəli tətil keçirdib.
Esteban Qutyerres bu mövsüm ən acınacaqlı statistikaya sahib sürücüdür, amma Qutyerres bu cür statistikaları, deyəsən, ciddiyə almır. Meksikalı sürücü tətilini dostları ilə qolf oynayaraq keçirir. Görəsən, daha əvvəl pis çıxışına görə Sauber-dən göndərilən meksikalı sürücüyə Hass komandası nə qədər dözəcək?