F-1.az bildirir ki, cədvəl dərc edilərkən sürücülərin yer itirmə cəzaları aldıqları yarışlar hesaba qatılmayıb. Eyni zamanda, sprint yarışlarının yox, həmin həftələrdə cümə günü baş tutan sprint yarışlarının nəticələri nəzərə alınıb.
Ferstappen-in mövsümboyu orta start mövqeyi 1.95 olub. İlk dörd yeri Mercedes və Red Bull sürücüləri zəbt etsə də, qalan sürücülər arasında ən yaxşı nəticə Lando Norrisə aiddir.
Sürücülərin 2021-ci ildə sıralanma turlarında orta hesabla nəticələri və mövqeləri | |||
1 |
Maks Ferstappen (1.95)
|
2 |
Lyuis Həmilton (2.19) |
3 |
Valtteri Bottas (3.73)
|
4 |
Serxio Peres (6.36) |
5 |
Lando Norris (6.55)
|
6 |
Şarl Lekler (6.59) |
7 |
Pyer Qasli (6.77)
|
8 |
Karlos Sainz (8.09) |
9 |
Daniel Rikkardo (9.59)
|
10 |
Esteban Okon (10.95) |
11 |
Fernando Alonso (11.00)
|
12 |
Sebastyan Fettel (11.73) |
13 |
Yuki Tsunoda (12.05)
|
14 |
Corc Rassell (12.59) |
15 |
Ləncs Stroll (13.19)
|
16 |
Antonio Covinatsi (13.71) |
17 |
Kimi Rəykkönen (15.70)
|
18 |
Nikolas Latifi (16.36) |
19 |
Mik Şumaxer (18.05)
|
20 |
Robert Kubitsa (18.50) |
21 |
Nikita Mazepin (19.55) |
Keçən mövsüm baş tutan bütün yarışların sıralanma turlarındakı nəticələr nəzərə alındıqda Ferstappenin orta start mövqeyi 2.86 olsa da, yenə də liderliyini qoruyub. Onu Həmilton 3.09, Bottas 5.59, Lekler isə 6.45-lik nəticə ilə izləyiblər.