Sürücülərə görə də Maks Ferstappen birincidir

Formula1-in rəsmi saytının jurnalistlərinin xahişi ilə bu dəfə çempionatda starta çıxan sürücülər mövsümün ən yaxşısını müəyyən ediblər.

F-1.az xəbər verir ki, daha əvvəl oxşar reytinq komanda başçılarının qiymətləndirməsi sayəsində tərtib olunmuşdu və Maks Ferstappen bu reytinqdə birinci olmuşdu.

Bu dəfə sorğuda Lyuis Həmilton, Niko Hülkenberq və Nik de Frizdən başqa 19 sürücü iştirak edib və sürücülərə özlərinə maksimum xal verməyə də icazə verilib. Həmişəki kimi, birinci yerə görə 25 xal, ikinci yerə görə18, sonra isə standart xal sxeminə görə reytinq qiymətləndirilib. Yenə də Maks Ferstappen mövsümün sürücüsü seçilib.

ÇEMPİONAT İŞTİRAKÇILARININ SÜRÜCÜ REYTİNQİ:

Yer Sürücü
1 Maks Ferstappen
2 Şarl Lekler
=3 Corc Rassell
=3 Lyuis Həmilton
5 Lando Norris
6 Fernando Alonso
7 Karlos Sayns
=8 Serxio Peres
=8 Sebastyan Fettel
=8 Aleks Əlbon
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*