F-1.az xəbər verir ki, bu il hər bir sürücü əlavə cərimə olmadan üç deyil, dörd güc qurğusundan istifadə edə biləcək. Dörd daxiliyanma mühərriki, turbin, MGU-H və MGU-K generatorlarından istifadə etməyə icazə verilir, lakin hələ də yalnız iki akkumulyator və iki idarəetmə bloku sürücülərin ixtiyarında qalacaq.
Start düzümünə çıxış vaxtı 40 dəqiqədən 50 dəqiqəyə qədər artırılıb ki, bu da müxtəlif promosyonlara daha çox vaxt ayırmağa imkan verəcək. Cərimə çəkərkən maşınlara domkratla toxunma qaydasına yenidən baxılıb: əvvəlcə Fernando Alonsonun cəzalandırılmasına, sonra isə cərimənin ləğvinə səbəb olan toxunma işin başlanğıcı sayılacaq.
FİA Formula1 komandalarının bazalarının infrastrukturunun yenilənməsi ilə bağlı xərclərin büdcə məhdudiyyətlərindən çıxarılmasını nəzərdən keçirməyə razılaşıb, lakin bu, yalnız onların ekoloji cəhətdən təmiz olması kontekstindədir.
Reqlamentə edilən bütün düzəlişlər artıq FİA-nın Avtoidman üzrə Ümumdünya Şurası tərəfindən elektron səsvermə proseduru vasitəsilə təsdiqlənib.