Sürücülər yeni reqlamentin fərqini hiss etmirlər

Lyuis Həmiıton və Maks Ferstappen yeni texniki reqlamentin ötmələri asanlaşdırmadığını deyib.

F-1.az xatırladır ki, FİA ötmələrin asanlaşması üçün bu il texniki reqlamenti dəyişib. Yeni reqlamentlə bolidlərin ön və arxa qanadları və saydpodlarında dəyişikliklər edilib. Lakin həmişə riskli ötmələri ilə yadda qalan Həmilton və Ferstappen yeni reqlamentdən razı qalmayıblar. Hollandiyalı sürücü zarafatla “öndəki rəqibi izləmənin necə olduğunu Bottasdan soruşun” deyib.

Lyuis Həmilton da keçənilkinə nisbətən fərq görmür: “Öndəki rəqibinizə hücum etmək hələ də çətindir. Ötmə etmək asanlaşmayıb. Aerodinamik dəyişikliklərin yeganə müsbət tərəfi DRS-nin təsirinin artmasıdır. DRS açılanda sürət çox artır. Ancaq öndəki rəqibi izləyərkən yenə də turbolentlik olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*