F-1.az xatırladır ki, Valtteri Bottas qalib gəldiyi Avstraliya yarışının son dövrələrində sürətli dövrə vuraraq, əlavə bir xal qazanıb.
Toto Volff: “Yarışdan əvvəlki iclasda strategiya barədə danışdıq. Onlara dedim ki, əgər üçlükdə olsaq, sürətli dövrə vurmayın. Amma ikisi də mənə qulaq asmadı. Məncə, qərarı sürücülər və mühəndislər verdi. Çünki mühəndislər sürətli dövrə istəyirdilər. Radio danışıqlarına yenidən qulaq asacam. Lakin xoşbəxtəm. Əlavə bir xal qazanmaq gözəldir. Ancaq riskdir. Çünki böyük xallar uğrunda mübarizə apardığınız halda sürətli dövrə nəyə lazımdır?”.