F-1.az xatırladır ki, yeni bolidlərin düzlük sürəti əvvəlkilərdən fərqlənməsə də, asfaltayatma qüvvəsinin artması ilə bolidlər dövrə başına 5 saniyə sürətləniblər.
Sebastyan Fettel: “Hazırkı bolidlərlə Silverstounda yarışmağı gözləyirəm. Bundan başqa Suzuka da çox əyləncəli olacaq. Bolidlərin sürətini bu iki trasda daha yaxşı görə bilərik. Sürətli döngələri var və buna görə də təsiredici olacaqlar”.
Lyuis Həmilton: “Bəli, Silverstoun çox əyləncəli olacaq. Ən çox gözlədiyim 3 yarış – Silverstoun, Spa və Suzukadır. Bundan başqa əvvəllər gözlənilən effektləri verə bilməyən şəhər tipli traslar da daha əyləncəli olacaqlar”.
Valtteri Bottas: “Məncə, sürətli traslarda bolidlərin real sürətini görə biləcəyik. Silverstoun, Spa və Suzuka gözəl olacaqlar. Amma şəhər tipli traslarda yarışlar əvvəlki illərə nisbətən çətin olacaq. Əvvəllər çətin deyildi, amma bu bolidlərlə daha gözəl olacaq”.