Sürücülər mövsümün onluğunu seçiblər

Formula1-in rəsmi saytının jurnalistləri ötən mövsümün ən yaxşı 10 pilotunu müəyyən etmək üçün sürücülər arasında sorğu keçirib. Sorğuya qatılan hər kəs 10 nəfərin adını mütləq qeyd etməli olub.

F-1.az bildirir ki, Red Bull, Mercedes və Alfa Romeo sürücüləri səsvermədə iştirak etməyiblər. Hər kəsin siyahısındakı onluqda olan sürücülərə Formula1-in xal sisteminə uyğun (ilk yerə 25, ikinci yerə 18 və s.) xallar verilib.

Mövsümü çempion kimi başa vuran Ferstappen komanda rəhbərlərindən sonra sürücü yoldaşları tərəfindən də ilin ən yaxşısı seçilib.

Yer N Sürücü
1 33 Maks Ferstappen
2 44 Lyuis Həmilton
3 4 Lando Norris
4 55 Karlos Sayns
5 16 Şarl Lekler
6 14 Fernando Alonso
7 10 Pyer Qasli
8 63 Corc Rassell
9 31 Esteban Okon
10 7 Mik Şumaxer
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*