F-1.az xəbər verir ki, Formula1 sürücüləri artıq bu aksiyaya qoşulublar – onlar Suzukadakı yarışdan əvvəl podiumda aksiyanın həştəqi olan #FuerzaMéx1co sözü əks olunmuş lövhə ilə şəkil çəkdiriblər.
Alexandro Soberon, Meksika Qran Prisinin promouteri: “Biz Formula1 kimi qlobal bir tədbirdən maksimum istifadə edərək, hər kəsi zərər çəkmiş insanlara köməyə dəvət etmək, çağırmaq istəyirik. Bundan əvvəlki iki yarışı yüksək əhval-ruhiyyə və enerji ilə keçirmişik, baş verənlərə baxmayaraq, bu il də belə olacaq”.