F-1.az bildirir ki, əsas dəyişiklik maşının minimal çəkisi ilə bağlıdır – belə ki, yanacaq sərfiyyatına nəzarəti gücləndirmək məqsədilə güc qurğusunda yer alanan ikinci sayğaca görə minimal çəki 745 kq-dan 746 kq-a qaldırılıb.
İdman reqlamentinə edilən dəyişiklik sayəsində sürücülər mövsümün gedişində dəbilqələrinin rəng çalarlarını istədikləri qədər dəyişə biləcəklər. Bundan əlavə, Əbu Dabi Qran Prisindən sonra baş tutacaq testlərdə komandalar 2021-ci ildə istifadə olunacaq 18 düyməlik təkərlərdən istifadə edəcəklər.