F-1.az xatırladır ki, etibarsız və zəif Renault mühərriklərinə baxmayaraq, Maks Ferstappen 49 xalla mövsümü 12-ci yerdə, Karlos Sayns isə 18 xalla 15-ci yerdə bağlamışdı.
Karlos Sayns yeni mövsümlə bağlı fikirlərini bildirib: “Mən bilirdim ki, Maks Formula1-ə hazırdır. 2015-ci ildə demişdim ki, biz onunla eyni gəmidəyik və əlimizdən gələni etməliyik.
Maks Ferstappen ilə telemetriya məlumatlarımız çox oxşardır. İndiyə qədər heç bir komanda yoldaşımla məlumatlarım belə üst-üstə düşməmişdi. Döngələrə eyni sürətlə giririk. Hər şey bir-birinə çox bənzəyir.
Bir-birimizdən çox şey öyrənirik və bir-birimizlə həmişə rəqabət edirik. Bəlkə də buna görə keçən il Toro Rosso mövsümü yaxşı yerdə bitirdi”.
Sayns Toro Rosso-nun 2016-cı ildəki planlarından danışıb və Ferrari mühərriklərini dəyərləndirib: “Qış çox önəmlidir. Qışda mövsümboyu bütün gördüyünüz işləri analiz edirsiniz.
Keçmişdə hər mövsüm özümü təkmilləşdirərək, qabağa gedirdim. Bu il də eynisini etmək istəyirəm. Düşünürəm ki, 2016-cı ildə elə də böyük dəyişiklik etmədən uğur qazana bilərik. Mövsümün sonunda mühərriklərin gücü ilə ilk 6-lıqda ola bilərik”.