Sürücülər aktiv məşqlərini davam etdirirlər

Mövsümlərarası fasilə zamanı Formula1 sürücüləri çempionatda tutduqları mövqedən asılı olmayaraq eyni işlə məşğul olurlar: onlar qarşıdakı mövsümə hazırlıq çərçivəsində böyük […]

Mövsümlərarası fasilə zamanı Formula1 sürücüləri çempionatda tutduqları mövqedən asılı olmayaraq eyni işlə məşğul olurlar: onlar qarşıdakı mövsümə hazırlıq çərçivəsində böyük qüvvə və zaman sərf etməklə intensiv məşqlər edirlər.

Fernando Alonso özünün Twitter bloqunda yazır: “Sabah üçhəftəlik intensiv məşqlər başlayır. Məşqlərin birinci hissəsi burda, İtaliyada başlayacaq. Prosesin getməsi barədə sizə danışacam…” Fernando məşq etdiyi trenajor zalının şəklini də bloquna əlavə edib…

Marussia komandasında dördüncü mövsümünə hazırlaşan Timo Qlok öz bloqunda yazır: “Bir neçə həftədir aktiv məşqlər edirəm, indi isə velotrenajorda işləyərək TV-də tennis oyununu izləyirəm. Australian Open turnirini çox sevirəm, çünki tennis oyunları trenajorda uzun müddət məşq etməyə kömək olurlar…”

Formula1-də qalmaq şansı böyük olmayan Heykki Kovalaynen də məşqlərini davam etdirir. Heykki hazırda öz rəfiqəsi ilə Abu Dabidə dincəlir və hər səhər hələ hava qızmamış dəniz kənarında uzun məsafələr qət etməyə çalışır: “Səhər tezdən 10 km qaçdım, sonra duş qəbul etdim, indi isə Abu Dabinin qolf klubuna gedirəm…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*