Sürətli dövrəyə görə xal veriləcək?

Sabah Cenevrədə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti toplantısı keçiriləcək. Toplantıda vacib qərarların qəbul edilməsi gözlənilir.

F-1.az-ın əldə etdiyi məlumata görə, gündəlikdə yer alan məsələlərdən biri də yarış zamanı sürətli dövrəyə imza atan sürücü və onun komandasına əlavə xalların verilməsidir. Liberty Media poula görə də xal verilməsini təklif etsə də, komandalar bu təklifi ilkin mərhələdə rədd etmişdilər.

Əgər Ümumdünya Şurası bu təklifi dəstəkləyərsə (buna heç kim şübhə etmir), onda builki reqlamentə dəyişiklik etmək məqsədilə əlavə səsvermə təşkil oluna bilər – cari reqlament üçün komandaların həmrəyliyi lazımdır.

Əgər qarşıdakı günlərdə bu məsələni tənzimləmək alınmazsa, onda yeni qərar 2020-ci ilin reqlamentinə daxil ediləcək – bunun üçün səslərin 70%-i kifayət edəcək.

Formula1-də xal hesablanması sistemi bir neçə dəfə dəyişib, 1950-1959-cu illərdə isə sürücülər sürətli dövrəyə görə bir xal qazanırdılar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*