Super lisenziya üçün balı çatan sürücülər azdır…

Macarıstan Qran Prisi ərəfəsində Felipe Massanın xəstələnməsi gözlənilməz problemlərə yol açmışdı - onu əvəzləmək üçün super lisenziyaya sahib sürücülərin sayı olduqca az idi. Bu problem lisenziyanın verilməsi üçün 2015-ci ildən etibarən yeni qaydanın tətbiq olunması ilə üzə çıxıb. Hər bir sürücü Formula1-də çıxış edə bilmək üçün aşağı seriyalarda minimum 40 bal toplamalıdır.

F-1.az bildirir ki, hazırda bu tələbə cavab verən 38 sürücü var. Lakin onlardan əksəriyyətinin Formula1-də çıxış etmək şansı yoxdur. Belə ki, Mark Uebber, Xuan Pablo Montoya, Lukas di Qrassi, Əntoni Deyvidson, Nelson Pike və Sebastyen Buemi artıq çempionatda çıxışlarını başa vurublar. Kazumi Nakacima, Skott Dikson, Helio Kastroneveş və Marsel Faslerin yaşları buna imkan vermir. Nil Yani, Mark Lib, Roman Düma və Timo Bernhardın isə Formula1 üçün kifayət qədər təcrübələri yoxdur. Daha dörd sürücü – Esteban Okon, Colion Palmer, Stoffel Vandorn və Ləns Stroll hazırda çempionatda çıxış edirlər.

Əgər hazırda Formula1-də çıxış edən sürücülərdən biri hansısa səbəbdən yarışa çıxa bilməsə, onu əvəzləmək üçün balı 40-dan yuxarı olan cəmi 7 sürücü var: Antonio Covinatsi (76), Sergey Sirotkin (70), Pyer Qasli (69), Oliver Roulənd (53), Şarl Lekler (47), Nik de Vriz (45) və Feliks Rozenkvist (43). Üstəlik, super lisenziya almaq üçün sürücülərdən Formula1 maşınını minimum 300 km sürmək tələb olunur.

Gələn il vəziyyət bir qədər düzələcək – aşağı seriyalarda 40 balı toplamağa iddia edən 9 sürücü var və onların qarşısında qalan yeganə maneə Formula1 maşını ilə tələb olunan məsafəni qət etmək olacaq. Lando Norris Avropa Formula3 çempionatında ikinci yerdədir. Bu seriyanın lideri Maksimilian Günter, Formula2-də çıxış edən Luka Gyotto və Artyom Markelov, V8 3.5 seriyasında çıxış edən Yeqor Orucov və Matevos İsaakyan, GP3-ün hazırkı liderləri Corc Rassel və Dec Eitken, eləcə də İndyCar-da çıxış edən Cozef Nyuqardenin də lazım olan xalı toplamaq şansları var.

Seriya/Yer 1 2 3 4 5 6 7 8 9 10
FİA F2 60 50 40 30 20 10 8 6 4 3
GP2 50 40 30 20 10 8 6 4 3 2
Euro FİA F3, WEC (LMP1), İndyCar 40 30 20 10 8 6 4 3 2 1
GP3, Renault 3.5 30 20 15 10 7 5 3 2 1
SuperFormula 20 15 10 7 5 3 2 1
Milli Formula3-lər və FİA Formula4 10 7 5 2 1
Formula Renault 2.0 (ALPS, Eurocup, NEC) 5 3 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*