Super Aguri-nin qayıtması mümkün deyil

Super Aguri komandasının keçmiş həmsahibi Fumio Akita mətbuatda komandanın Formula1-ə qayıtması barədə peyda olmuş şayiələri təkzib edib. FİA gələn ildən […]

Super Aguri komandasının keçmiş həmsahibi Fumio Akita mətbuatda komandanın Formula1-ə qayıtması barədə peyda olmuş şayiələri təkzib edib. FİA gələn ildən komandaların büdcələrini məhdudlaşdırmaq barədə elan verdikdən sonra yapon mətbuatında Super Aguri-nin çempionata qayıtması barədə yazılar dərc edilib. Amma Akita bildirib ki, bu kişik büdcə ilə belə mümkün deyil…

Fumio Akita: “Heç bir şansımız yoxdur. Hətta yapon iqtisadiyyatına güclü zərbə vurmuş iqtisadi böhran olmasaydı belə biz çempionata qayıda bilməzdik.

Biz çempionatı ona görə tərk etdik ki, bizim resursumuz tükənmişdi. Hətta bizim əlavə 60 milyon dollarımız olsa belə, biz hər şeyi sıfırdan başlamalıyıq. Bilmirəm bu məqalələr nəyə əsaslanır, amma Aquri Suzuki də deyir ki, qayıtmaq şansımız yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*