Şumaxerin daha bir maşını hərraca çıxarılıb

Əfsanəvi sürücünün 1991-ci ildə Belçika Qran Prisində Formula1-də debütü zamanı idarə etdiyi Jordan 191 yenidən satışa çıxarılıb.

F-1.az xatırladır ki, 1991-ci ildə Belçika Qran Prisində Jordan komandası üç ədəd – 4 nömrəli, 5 nömrəli və 6 nömrəli şassi gətirib. Mixael 5 nömrəli şassini idaeə edib və təcrübəli komanda yoldaşı Andrea de Çezarisdən sürətli olub. İtalyan sürücü avtomobilində nəyinsə səhv olduğunu bildirib və 6 nömrəli şassini 4 nömrəli ehtiyat şassi ilə dəyişib, 6 nömrələini isə Şumaxer idarə edib. Bununla belə, Şumaxer 8-ci olaraq yenə Andreanı üstələyib Təsnifat mərhələsində de Çezaris altıncı şassinin sükanına qayıdıb və 11-ci olub, Şumaxer isə startda yeddinci yeri tutub.

2021-ci ilin yayında 6 nömrəli şassi Britaniyanın Speedmaster Cars şirkəti tərəfindən 1,25 milyon funt-sterlinqə satılıb. Mik Şumaxer Silverstounda çəkiliş zamanı həmin maşını sınaqdan keçirə bilib.

O vaxtdan bəri maşın trasa çıxmayıb və hazırda satışdadır. Bu dəfə Jordan 191-i Bonhams hərrac evi satır – hərrac fevralın 2-də Parisdə keçiriləcək. Avtomobilin təxmini dəyəri 1,4 – 2 milyon avro təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*