Şumaxerin ailəsi məhkəmədə qalib gəlib

Keçən payızda xəbər çıxmışdı ki, Mixael Şumaxerin ailəsi Almaniyada çıxan Bunte jurnalını məhkəməyə verib və 100 min avro təzminat tələb edir. Buna səbəb 2015-ci ildə jurnalda dərc edilən material olmuşdu və həmin materialda Mixaelin gəzə bildiyi yazılmışdı.

F-1.az bildirir ki, cümə günü Hamburq Dairə Məhkəməsi məsələ ilə bağlı qərar çıxarıb. Məhkəmə hesab edib ki, materialdakı məlumatlar həqiqətə uyğun deyil və jurnal Mixael Şumaxerin şəxsi həyatına müdaxilə edib. Buna görə də jurnal rəhbərliyi həm cərimə, həm də məhkəmə xərclərinin 65%-ni ödəməli olacaq.

Yeri gəlmişkən, cərimənin miqdarı 50 min avrodur. Məhkəmə jurnalın həmin materialı etibar etdiyi müxtəlif mənbələrdən toplanmış məlumatlar əsasında yazmasını və müəyyən araşdırmalar aparmasını yüngülləşdirici hal kimi qiymətləndirib.

Xatırladaq ki, Şumaxerlər ailəsi əfsanəvi sürücünün səhhəti ilə bağlı özləri tərəfindən verilən açıqlamardan başqa yayılan bütün xəbərlərin şayiələrdən ibarət olduğunu və həqiqəti əks etdirmədiyini dəfələrlə qeyd edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*