Şumaxer simulyatordakı işindən danışıb

2023-cü ildə alman sürücü bütün Formula1 yarışlarına Mercedes-in ehtiyat sürücüsü kimi gəlir və Avropa yarışlarında cümə günləri simulyatorda işləyir.

F-1.az xəbər verir ki, Mik simulyatordakı işindən danışıb.

Mik Şumaxer: “Əsasən mənim vəzifəm sürücülərimizin simulyatorda sınaqdan keçirmək istədikləri bütün parametrləri yoxlamaqdır. Mən müxtəlif variantlarla dövrə vururam, komanda məlumat toplayır və onları müqayisə edir. Bizim kifayət qədər dəqiq simulyatorumuz var, ona görə də təkcə dövrəvi vaxtları və toplanmış məlumatları qiymətləndirmirəm, həm də avtomobilin davranışının necə dəyişdiyi barədə fikir əldə edirəm.

Gənc sürücü əlavə edib ki, Mersedes-də qazandığı təcrübə ona gələcək karyerasında kömək edəcək: “Komandaya qoşulanda dərhal anladım ki, çoxlu yeni şeylər öyrənəcəyəm. Hiss edirəm ki, artıq həm trasda, həm də ondan kənarda kifayət qədər məlumat almışam, xırda detalları gördüm. Sükan arxasına qayıdanda və əsas sürücü kimi müqavilə bağlayanda Mercedes-də öyrəndiyim hər şeydən mütləq istifadə edəcəyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*