Şumaxer Sennanın ölümündən sonra getmək istəyib

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Ayrton Senna öldükdən sonra Mixael Şumaxer karyerasını bitirmək istəyib.

F-1.az xatırladır ki, braziliyalı əfsanə 1994-cü ilin San Marino yarışında qəza edərək dünyasını dəyişmiş və həmin yarışda Benettonda çıxış edən Mixael Şumaxer qalib gəlmişdi. O dövrlər Benetton komandasının rəhbəri olan Briatore bildirib ki, bu hadisədən sonra almaniyalı sürücü karyerasını bitirməyi düşünüb: “Şumaxer Formula1-in Pavarottisi idi. Lakin Ayrton Sennnanın ölümündən sonra dəyişdi. Ciddi-ciddi təqaüdə çıxmaq barədə düşünürdü. Amma bizim üçün qərarını dəyişərək, karyerasına davam etdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*