Şumaxer Pirelli testlərini tamamlayıb

Çərşənbə günü Mik Şumaxer altı aylıq fasilədən sonra Formula1 bolidinin sükanı arxasına qayıdıb.

F-1.az Barselonada Mercedes-in gənc ehtiyat sürücüsü komanda ilə birlikdə 2024-cü il mövsümü üçün olan Pirelli təkərlərinin sınağında iştirak edib. Mercedes ətraflı statistik məlumat verməsə də, Mikin bir gündə 152 dövrə qət etdiyi aydınlaşıb.

Testdən keçmək Mik üçün vacib idi, çünki o, simulyatorda işləmək və həqiqi W14-ü sınaqdan keçirmək arasındakı fərqi hiss etməlidir. Bundan əlavə, Şumaxer üçün bu, trasda onun sürətini və mühəndislərlə işləmək bacarığını nümayiş etdirmək imkanı yaradıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*