F-1.az xəbər verir ki, 16 yaşlı Devid Şumaxer Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirilən ilk mərhələnin bütün 4 yarışını podiumda bitirib: 3 dəfə ikinci, bir dəfə isə üçüncü olan sürücü ümumi hesabda liderliyə yüksəlib. Dubayda baş tutan 2-ci mərhələdə isə gənc sürücü ilk qələbəsinə də sevinib.
Devid Şumaxer: “Doğrudan da çətin həftəsonu idi. Amma getdikcə hər şey yaxşılaşdı və hər yarış maşınlarını daha yaxşı öyrəndim”.
Ralf Şumaxer: “Devid üçün güclü həftəsonu oldu. Hər yarışda özünü təkmilləşdirməsi yaxşı idi. Əlbəttə, qalib gəldiyi üçün qürur duyuram. Qəzalardan qaça bildi. Devid F4-ə keçən həftə başladı və yaxşı işlər görür. Amma Avropada işimiz çətin olacaq”.