F-1.az xəbər verir ki, yeddiqat dünya çempionunun ailəsi Die Aktuelle-ni məhkəməyə verdiklərini bildirsə də, Funke Mediengruppe nəşriyyatı özləri dərhal tədbir görüblər: 2009-cu ildən redaktor kreslosunda əyləşən Hoffmann işdən qovulub.
Funke-nin icraçı direktoru Byanki Polmann açıqlamasında deyib: “Belə dadsız və yanıltıcı yazı ortaya çıxmamalı idi. Oxucularımızın bizim kimi nəşriyyatdan gözlədiyi jurnalistika standartına uyğun gəlmir. Bu məqalənin nəticəsi olaraq dərhal tədbir görülüb. Die Aktuelle-nin baş redaktoru Anne Hoffmann bu gün tutduğu vəzifədən azad edilib”.
Təbii ki, Funke Mediengruppe press-relizində Mixael Şumaxerin ailəsindən rəsmi üzrxahlıq da var.