Europe1 radiosuna müsahibəsində dördqat dünya çempionu Alen Prost bildirib ki, zədələnmiş Felipe Massanı əvəz etmək üçün Mİxael Şumaherin Formula1-ə qayıtması qərarı onun üçün gözlənilməz olub…
Alen Prost: “Mixaelin qərarı məni təəccübləndirib, vəziyyət çətin olsa da, mən ona hörmət edirəm. Üç il əvvəl o karyerasını başa vurmuşdu, kökəlib və ilin əvvəlində motosikletdən yıxılaraq zədələnmişdi.
Formula1-ə qayıtmaq böyük çağırışdır, bəlkə o sadəcə Ferrari-yə kömək etmək istəyir, axı test sürücülər Jene və Badoyer Qran Prilərdə çıxış etsələr də, onların sürəti aşağıdır.”