Sulayem: Komandaların sayını artırmamaq üçün heç bir səbəb yoxdur

Dakar rallisində mətbuat konfransında çıxış edən FİA prezidenti Muhəmməd bin Sulayem bütün şərtlərə cavab verərsə, istənilən komandanın Formula1-də iştirakına icazə verməyə hazır olduğunu bildirib.

F-1.az xəbər verir ki, Formula1-də büdcə məhdudiyyəti tətbiq olunduqdan sonra 2026-cı ildə reqlament dəyişikliyi ərəfəsində çempionata bir çox komandalar gəlmək istədiklərini açıqlayıb.

Muhəmməd bin Sulayem: “Ümumiyyətlə, əgər Formula1-in perspektivlərindən danışırıqsa, onu başqa brendlərə də açmalıyıq. Start sahəsində 12-yə qədər komandamız ola bilər.

Yeni istehsalçılar Formula1-in daha yaxşı olmasına kömək edəcəklər və mən yeni komandaları, xüsusən də Amerika komandalarını qəbul etməməyimiz üçün heç bir səbəb görmürəm, çünki bu il ABŞ-də eyni ildə üç Qran Pri olacaq.

12 komandadan biri olmaq üçün istənilən təklifi alqışlayırıq. Biz Haas-da gördüyümüz kimi, kiçik də olsa, yaxşı komandaları qəbul edirik. Ümid edirik ki, tezliklə on birinci komandamız gələcək. Görək nə olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*