F-1.az xəbər verir ki, artıq bir neçə ildir Formula1-də komandaların büdcələrinin məhdudlaşdırılması tətbiq olunur.
Muhəmməd ben Sulayem: “Müxtəlif maşınların sürətini və ya səmərəliliyini bərabərləşdirmək çox çətindirr və mən hesab edirəm ki, büdcə məhdudiyyəti həqiqətən işləyən üsuldur.
Red Bull və Aston Martin komandalarının işində pozuntular göz qabağında idi, biz vəziyyətin mümkün qədər şəffaf olması üçün hər şeyi etdik. Komanda topladıq, araşdırma apardıq, bütün prosedurlardan keçdik və nəticələri hamıya açıqladıq.
Ümid edirəm ki, indi heç kim əlavə xərcləri gizlətməyə çalışmaz. Komandalar aydın başa düşür ki, FİA nəzarət orqanı kimi öz rolunu yerinə yetirir”.