Ştuk: Lekler geri dönəcək

70-ci illərdə Formula 1-də yarışan alman avtoidman veteranı Hans Yoaxim Ştuk şübhə etmir ki, Şarl Lekler pis seriyanı geridə qoya biləcək və mütləq uğur qazanacaq.

F-1.az xəbər verir ki, indiyədək Ferrari sürücüsünün hesabında cəmi altı xalı var və üç Qran Pridə o, yalnız bir dəfə finişə çataraq Səudiyyə Ərəbistanında 7-ci olub. Bəhreyndə Şarl güc qurğusunun nasazlığı üzündən mübarizəni dayandırıb, Avstraliyada isə ilk dövrədə yarış insidentinin qurbanı olub.

“Bu, sadəcə olaraq belə bir mərhələdir. Bəzən işlər yaxşı gedir, bəzən heç bir şey alınmır. Bu, çox vaxt şansdan asılıdır, – deyə Ştuck şərh verib. – Lekler yenə də geri dönəcək. Onun necə pilot olduğunu hamımız bilirik və mən onun üçün narahat deyiləm. O, yalnız daha yaxşı çıxış edəcək”.

Ştuk həm də fərdi hesabda lider olan, indi isə iki qələbə və podiumdan sonra ikiqat dünya çempionu Maks Ferstappenin tərifindən də yan keçməyib.

“Əslində, hər zaman problem ehtimalı var, vəziyyət çox tez dəyişə bilər, – deyə Ştuk xatırladıb. – Amma pilotluqdan danışırıqsa, deməli, o, əsl liderdir, buna şübhə yoxdur. O, hamıdan bir qədər yaxşı çıxış etməyi bacarır. Təbii ki, o, təkcə ən yaxşı sürücü deyil, həm də Red Bull-un ən yaxşı maşını var, bunu da unutmaq olmaz.

Bu komanda sadəcə əla işləyir, o, Maks üçün əla maşın yaratmağı bacardı və o, demək olar ki, səhv etmədən mükəmməl şəkildə pilotluq edir. Onun nəticələri təqdirəlayiqdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*