Stüart GPDA-in rolu ilə bağlı Həmiltonu dəstəkləyib

Ceki Stüart Formula1 rəhbərliyini bəzən sürücülərin həmkarlar ittifaqı adlandırılan GPDA assosiasiyasına daha çox hüquqlar verməyə və onun rəyi ilə hesablaşmağa çağırıb.

“Bir vaxtlar, mən GPDA-in prezidenti olanda bu təşkilat indikindən qat-qat təsirli idi. Mən hazırkı vəziyyəti yanlış hesab edirəm, çünki sürücülər hər şeyə daha fəal təsir göstərməlidirlər”, – deyə üçqat dünya çempionu fikir bildirib.

F-1.az xəbər verir ki, GPDA (Qran Pri Sürücülər Assosiasiyası) təhlükəsizlik standartlarını yüksəltmək məqsədi ilə 1961-ci ildə yaradılmışdı. Bu təşkilatın rolu getdikcə artmış, çempionatın təşkilatçılarına və promouterlərinə şərtlər diktə etməyə, o cümlədən tələbləri yerinə yetirilmədikdə yarışları boykot etməyə başlamışdılar. Məsələn, 1969-cu ildə Belçikada, 1970-ci ildə Almaniyada eyni hadisələr baş vermişdi.

Həmçinin, GPDA-in tələbi ilə Nürburqrinq trasının Şimal İlməsi versiyası 1976-cı ildə Niki Laudanın az qala öldüyü ağır qəzadan sonra çempionat təqvimindən çıxarılmışdı.

Qırx il əvvəl assosiasiya buraxılmış, amma 1994-cü ildə San Marino Qran Prisi zamanı İmolada Roland Ratsenberger və Ayrton Sennanın ölümündən sonra GPDA yenidən fəaliyyətə başlamışdı. Bununla belə, GPDA əvvəlki təsirini itirib və Lyuis Həmilton dəfələrlə bildirib ki, sürücülərin səsi eşidilməlidir və növbəti çempionatın reqlamenti tərtib edilərkən onların fikirləri nəzərə alınmalıdır.

Yeddi titulun sahibi keçən mövsümün finalında Əbu Dabidə bu mövzuda açıqlama vermişdi. Daha sonra o, çempionatın bütün sürücülərini Sebastyan Fettelin Formula1-lə ayrılmasına həsr olunmuş xüsusi şam yeməyinə toplayıb və orada deyib: “Bəlkə bunu hər il ənənəyə çevirək və ola bilsin ki, mövsüm ərzində də daha bir belə görüş keçirək. Biz GPDA – mütəşəkkil və vahid qrup olaraq çox şey edə bilərik.

Biz hamımız məsuliyyət daşıyırıq, hər birimizin üzərində məsuliyyət var və birlikdə çox şeyə təsir edə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*