Stüardlar A.Sutilə xəbərdarlıq ediblər

Çin Qran Prisinin stüardları Adrian Sutilə sarı bayraqlar zonasında sürətini azaltmadığı üçün xəbərdarlıq elan ediblər. Stüardlar səhər sərbəst yürüşlərdə Alonsonun […]

Çin Qran Prisinin stüardları Adrian Sutilə sarı bayraqlar zonasında sürətini azaltmadığı üçün xəbərdarlıq elan ediblər.

Stüardlar səhər sərbəst yürüşlərdə Alonsonun maşınında motorun imtina etməsi ilə əlaqədar olaraq sarı bayraqlar dalğalanarkən, Adrian Sutilin ən yaxşı sektor nəticəsi göstərməsini araşdırıblar. Sessiyadan sonra sürücü izahat üçün çağrılıb, telemetriyanın təhlili göstərib ki, sürücü sürətini kifayət qədər azaltmayıb və ona rəsmi xəbərdarlıq edilib.

Mixael Şumaherlə bağlı eyni insident də araşdırılıb, amma Mercedes GP komandasının meneceri Ron Medouzla söhbətdən sonra stüardlar qərara alıblar ki, yeddiqat dünya çempionu sürətini kifayət qədər azaldıbmış və qaydaalrı pozmayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*