Stüardlar insidenti araşdırırlar

Azərbaycan Qran Prisi başa çatdıqdan sonra hakimlər yarışın son dövrəsində pit-leyndə baş vermiş təhlükəli insidenti araşdırmağa başlayıblar.

F-1.az xəbər verir ki, yarışın liderləri son dövrəyə başlayan an Esteban Okon məcburi pit-stop etmək üçün pit-leynə üz tutub. Bu zaman bəzi fotoqraflar və tras əməkdaşları pit-leynin maşınların hərəkət etdiyi hissəsinə çıxıblar. Okon maşınla insanları vurmaqdan son anda yayınıblar – beləliklə, faciənin qarşısı alınıb.

Pit-leyndəki qapalı park sahəsinə cavabdeh olan FİA nümayəndələri trasdan pit-leynə girişin açıq qaldığı bir vaxtda kənar şəxslərin niyə maşınların hərəkət zonasında olduğunu izah etmək üçün stüardların yanına çağırılıb.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*