Stüardlar Həmiltonu da cərimələyiblər

San Paulu Qran Prisinin stüardları texniki reqlamenti pozduğuna görə Lyuis Həmiltonu sıralanma turunun protokollarından xaric ediblər.

Stüardlar və Mercedes komandası razılaşıblar ki, pozuntuya səbəb arxa qanadın bir hissəsinin gözlənilmədən qırılması olub, amma cəriməni yüngülləşdirəcək səbəb tapa bilməyiblər.

Mercedes hadisədə Maksın iştirakı ehtimalını az da olsa hesab etsə də, stüardlar əks fikirdə olublar.

Stüardların digər qərarı ilə Həmilton sprintdə starta buraxılıb – sürücü sonuncu yerdən start alacaq.

Xatırladaq ki, bugünkü sprintin nəticəsindən asılı olaraq, Lyuis sabahkı yarışın startında da 5 yer itirəcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*