Stüardlar de Frizi starta buraxıblar

Sıralanma turunda qəza edən niderlandlı sürücü bazar günü əsas yarışda iştirak edə biləcək.

F-1.az xatırladır ki, AlphaTauri-də ilk tam mövsümünü keçirən Nik de Friz bugünkü sıralanma turunun ilk sessiyasında ciddi qəza edərək qırmızı bayraqlara səbəb olmuş və mübarizəni olduqca zəif dövrəvi nəticə ilə tamamlamalı olmuşdu.

Onun nəticəsi 107%-lik həddə düşməyib. Qaydalara görə, yarışda iştirak edə bilmək üçün nəticə ən pis halda sıralanma turunun ən yaxşı nəticəsinin 107%-i qədər ola bilər.

AlphaTauri komandası icazə üçün stüardlara yaxınlaşıb və onlar Nikin bugünkü məşqlərdəki nəticələrini nəzərə alaraq bazar günü yarışa başlamasına icazə veriblər.

Əgər başqa sürücü hansısa səbəbdən ciddi şəkildə cəzalandırılmazsa, Nik yarışa son sıradan başlayacaq. Komanda hətta onun maşınının sazlanmaları üzərində işləyərək yarışda üstünlük əldə edə bilməsi üçün pi yolundan da start aldıra bilər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*