Stüardlar 2-ci protesti də rədd edibər – Ferstappen çempiondur!

Əbu Dabi Qran Prisinin stüardları bir neçə dəqiqə əvvəl Mercedes və Red Bull komandasının nümayəndələrini otaqlarına çağırıblar.

Stüardlar uzun müzakirələrdən sonra Mercedes komandasının protesti üzrə qərarlarını açıqlayıblar. Söhbət Masinin qərarından gedir. Məhz yarış direktoru 8 dövrəvi sürücüdən yalnız 5 sürücüyə liderli bir dövrəyə qayıtmağa icazə vermişdi.  Bu sürücülər Lyuislə Maksın arasında yer almışdılar. Mercedes komandası hesab edir ki, bu sürücülərin aradan çıxarılması yarışın nəticəsinə və yekundə titul uğrunda mübarizəyə təsir edib.

Reqlamentə görə bütün maşınlara bir dövrəyə qayıtmaq icazə verilməli idi. Amma stüardlar qeyd ediblər ki, yarış direktoru öz şəxsi qərarı ilə (yəni Masinin belə bir hüququ da var imiş) 5 maşını bir dövrəyə qaytarıb.

Beləliklə, yarışın nəticələri təsdiq olunub və Maks Ferstappen çempion elan edilib!

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*