F-1.az xatırladır ki, kanadalı sürücü İdpaniyanın cənubunda velosiped sürərkən, qəza keçirib və qolunu zədələyib. Buna görə də mövsümöncəsi testləri buraxmalı olub. Onun mövsümün ilk yarışı Bəhreynə sağalıb-sağalmayacağı müəmmalıdır.
Mayk Krek: “Ləns keçən həftə velosipedlə məşq edirdi. Daha sonra qəza edərək zədələndi. Biz də hər ehtimala qarşı ona istirahət verib, növbəti həftəyə hazırlanmasına şərait yaratdıq.
Şəxsi olduğu üçün qəza barədə danışmayacam. Əlindən və biləyindən zədələnib, amma bundan artıq məlumat verməyəcəm”.