Strollun Bəhreyndə yarışmaq ehtimalı var

İtaliyanın Motorsport nəşri xəbər verir ki, kanadalı pilot FİA-nın tibbi müayinəsindən keçmək üçün Bəhreyn Qran Prisinə qatılacaq.

F-1.az mənbənin sözlərinə əsasən bildirir ki, Strollun Bəhreyndə çıxış edib-etməyəcəyi tibbi müayinənin nəticələrindən asılı olacaq. Eyni zamanda, onun tibbi müayinədən asanlıqla keçəcəyi və Saxir trasındə ilk məşqdə iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, İspaniyada mövsümöncəsi məşqlərdən əvvəl velosipedlə qəza törətmış və əlindən aldığı zədə ilə qəzadan xilas olmuşdu. Pilotun iki biləyinin sınması ilə bağlı da şayiələr yayılıb.
Resursun məlumatına görə, insident Mixas şəhərində (Malaqa əyaləti) baş verib. Qəzadan sonra Stroll Barselonaya gedib və burada MotoGP yarışçıları ilə işləməsiylə tanınan mütəxəssis Xavier Miri ziyarət edib. Strollun sağ əlindən və biləyindən zədə aldığı da bildirilir.
Fevralın 23-dən 25-dək Bəhreyndə keçirilən qış testlərində onu braziliyalı Felipe Druqoviçlə əvəzlənib…
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*