F-1.az xatırladır ki, komanda gənc sürücünün mövsümöncəsi testləri buraxacağını təsdiqləyib.
İspaniyanın SoyMotor nəşri baş verənlərin bəzi təfərrüatlarından xəbərdar olub. İnsident İspaniyanın cənubunda Malaqa yaxınlığında baş verib, lakin sürücü tibbi yardım üçün Barselonaya gedib, orada əllər, dirsəklər və mikrocərrahiyyə sahəsində mütəxəssis Xavyer Mirə baş çəkib.
Ləns sağ qolunda gips qoyulmuş halda Barselona klinikasından çıxarkən görüntülənib. Kanadalının sınığı varsa, o zaman onun Bəhreyndə mövsümün ilk mərhələsini buraxma ehtimalı yüksəkdir, çünki o yarışa bir həftədən bir qədər çox vaxt qalıb…