F-1.az bildirir ki, toplantıda bəzi vacib məsələlər müzakirə olunub və sonda hər iki reqlamentə müəyyən dəyişikliklər qəbul edilib, amma dəyişikliklər əvvəlcə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasında təsdiq olunmalıdır.
Qəbul olunan dəyişikliklər:
- Bu ildən maşınların motor qapağında peyda olan üzgəclər və T-qanadlar 2018-ci ildən qadağan olunacaq;
- Motor yağının yanacaq qismində daxili yanma mühərriyinə düşməsinin qarşısı alınacaq, həftəsonunun gedişində yalnız eyni yağ növündən istifadə olunacaq;
- Pirelli-yə icazə verilib ki, 2018-ci ilin yağış təkərlərini builki maşınlarla test etsin;
- Əgər yarış qırmızı bayraqlarla dayandırılarsa, onda restart start düzlüyündən veriləcək;
- Sürücünün başının müdafiəsi üçün bir çox təkliflər araşdırıldıqdan sonra ekran tipli “Qalxan” sistemi məqbul hesab edilib, mövsümün gedişində sistem bütün komandalarda hər iki sürücü tərəfindən test ediləcək;
- İspaniya Qran Prisindən başlayaraq, komandalar sürücülərin soyadlarını və nömrələrini maşın üzərində daha aydın yazmalı olacaqlar;
- Strateji İşçi Qrupun üzvü olmayan komandaların nümayəndələri də növbəti toplantılarda iştirak etməklə müzakirələrə qatılacaqlar.