F-1.az bildirir ki, ilk məşqlərdə əla nəticə göstərən Qasli bu dəfə trasa çıxa bilməyib – güc qurğusunda problem aşkarlanıb və fransız sürücü sessiyanı boksdan izləməli olub.
Sayns dördüncü döngədə maşının iki təkəri çınqıllığa çıxdığı üçün yerində fırlanıb. Orada eyni səhvə Mazepin də yol verib. Lətifi isə altıncı döngədə yerində fırlanıb. Bottas pit-leyndə təkərləri dəyişdikdən sonra qaz pedalına lazım olandan çox basıb və maşın fırlanıb. McLaren mexanikləri ona maşını döndərməsi üçün kömək ediblər, lakin sonra da FİA-ya şikayət ediblər. Çünki komandanın çalışanları üçün kifayət qədər təhlükəli vəziyyət yaranıb. Stüardlar ahdisəni araşdırıblar və Valtteriya startda 3 yer itirmək cəzası ilə yanaşı, 2 cərimə balı veriblər.
Bu dəfə son 2 döngədə trasdan tam çıxmaya görə 17 nəticə ləğv edilib. Protokollara isə yenə də Maks Ferstappen başçılıq edib, bu dəfə 1:05.412-lik nəticə ilə.
Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:05.412 | – | 36 |
2 | 3 | Daniel Rikkardo | McLaren | 1:05.748 | + 0:00.336 | 34 |
3 | 31 | Esteban Okon | Alpine | 1:05.790 | + 0:00.378 | 34 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:05.796 | + 0:00.384 | 34 |
5 | 14 | Fernando Alonso | Alpine | 1:05.827 | + 0:00.415 | 38 |
6 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:05.934 | + 0:00.522 | 37 |
7 | 4 | Lando Norris | McLaren | 1:05.994 | + 0:00.582 | 38 |
8 | 18 | Ləns Stroll | Aston Martin | 1:06.079 | + 0:00.667 | 36 |
9 | 11 | Serxio Peres | Red Bull | 1:06.089 | + 0:00.677 | 35 |
10 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:06.145 | + 0:00.733 | 36 |
11 | 55 | Karlos Sayns | Ferrari | 1:06.147 | + 0:00.735 | 38 |
12 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:06.251 | + 0:00.839 | 31 |
13 | 16 | Şarl Lekler | Ferrari | 1:06.270 | + 0:00.858 | 39 |
14 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:06.297 | + 0:00.885 | 40 |
15 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:06.451 | + 0:01.039 | 39 |
16 | 63 | Corc Rassell | Williams | 1:06.628 | + 0:01.216 | 39 |
17 | 47 | Mik Şumaxer | Haas | 1:06.886 | + 0:01.474 | 29 |
18 | 9 | Nikita Mazepin | Haas | 1:07.404 | + 0:01.992 | 29 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:07.669 | + 0:02.257 | 32 |
20 | 10 | Pyer Qasli | AlphaTauri | – | – | 0 |