F-1.az bildirir ki, buna görə sessiyanın başlaması təxirə salınıb və Təhlükəsizlik Maşını vaxtaşırı təftiş üçün trasa göndərilib. Yağış daha da güclənib. Nəhayət, sessiyanın startı Bakı vaxtı ilə 17:46-a təyin olunub.
İlk Sessiyada hamı yağış təkərləri ilə trada çıxıb. Hər bir sürücü öndəki maşından çıxan su şırnağı səbəbindən yolu görə bilməməkdən şikayətlənib. Qrojan çınqıllığa çıxaraq boksa qayıdıb və mübarizədən çəkilib. Trasın vəziyyəti düzəldikcə, sürətlər də artıb və sürücülər hər dövrədə nəticələrini yaxşılaşdırıblar. Covinatsi sona saniyələr qalmış qəza edib və qırmızı bayraqlarla ilk sessiya başa çatıb. Həmilton ən sürətli olub – 1:18.188. Qrojanla yanaşı, Covinatsi, Larifi, Peres və Rəyykönen üçün mübarizə başa çatıb.
İkinci sessiyada da hamı yağış təkərləri ilə mübarizəyə qoşulub. Elbon və Kvyat 9-cu döngədə trasdan çıxdıqlarından, nəticələri ləğv edilib. Bu dəfə də dəqiqələr keçdikcə, yaxşı nəticələr bir-birinin ardınca gəlməyə başlayıb. Sona doğru isə yağış yenə güclənib və sürətlər aşağı düşüb. Nəticədə, Lekler öz göstəricisini yaxşılaşdıra bilməyərək 11-ci yerdə qalıb. Həmiltonun ən sürətli olduğu bu sessiyada Leklerlə yanaşı, Maqnussen, Stroll, Kvyat və Rassel ilk onluğa düşə bilməyiblər.
Son sessiyada poul uğrunda mübarizə Mercedes sürücüləri və Ferstappen arasında gedib. Həmilton trasın vəziyyəti nəzərə alındıqda, fantastik nəticəyə imza atıb – 1:19.273. İlk iki sektorda əla nəticələrlə gələn Ferstappen son döngələrdə yerində fırlanıb və nəticəsini yaxşılaşdıra bilməyib.
Beləliklə, Lyuis Həmilton bu mövsüm ilk, karyerasında isə 89-cu poulunu qazanıb. Maks Ferstappen ikinci, karyerasında ən yaxşı sıralanma turu nəticəsini əldə edən Karlos Sayns isə üçüncü olub. Yarışa ispan sürücünün yanından Valtteri Bottas başlayacaq.
Burada keçən həftəki yarışa əsasən də deyə bilərik ki, sabah Bakı vaxtı ilə 17:10-dan etibarən bizi olduqca maraqlı mübarizə gözləyir.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1 | 1:18.188 | 12 | 1 | 1:17.825 | 12 | 1:19.273 | 10 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 2 | 1:18.297 | 13 | 2 | 1:17.938 | 11 | 1:20.489 | 10 |
3 | 55 | Karlos Sayns | McLaren | 4 | 1:18.590 | 13 | 7 | 1:18.836 | 11 | 1:20.671 | 9 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 5 | 1:18.791 | 13 | 4 | 1:18.657 | 11 | 1:20.701 | 10 |
5 | 31 | Esteban Okon | Renault | 7 | 1:19.687 | 12 | 6 | 1:18.764 | 11 | 1:20.922 | 10 |
6 | 4 | Lando Norris | McLaren | 3 | 1:18.504 | 13 | 3 | 1:18.448 | 11 | 1:20.925 | 10 |
7 | 23 | Aleksander Elbon | Red Bull | 14 | 1:20.882 | 12 | 8 | 1:19.014 | 11 | 1:21.011 | 8 |
8 | 10 | Pyer Qasli | AlphaTauri | 10 | 1:20.192 | 12 | 5 | 1:18.744 | 12 | 1:21.028 | 9 |
9 | 3 | Daniel Rikkardo | Renault | 6 | 1:19.662 | 13 | 9 | 1:19.229 | 10 | 1:21.192 | 9 |
10 | 5 | Sebastyan Fettel | Ferrari | 11 | 1:20.243 | 13 | 10 | 1:19.545 | 12 | 1:21.651 | 8 |
11 | 16 | Şarl Lekler | Ferrari | 13 | 1:20.871 | 12 | 11 | 1:19.628 | 12 | ||
12 | 63 | Aleksander Elbon | Williams | 12 | 1:20.382 | 12 | 12 | 1:19.636 | 10 | ||
13 | 18 | Ləns Stroll | Racing Point | 8 | 1:19.697 | 12 | 13 | 1:19.645 | 11 | ||
14 | 26 | Daniil Kvyat | AlphaTauri | 9 | 1:19.824 | 12 | 14 | 1:19.717 | 12 | ||
15 | 20 | Kevin Maqnussen | Haas | 15 | 1:21.140 | 11 | 15 | 1:20.211 | 11 | ||
16 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 16 | 1:21.372 | 12 | |||||
17 | 11 | Serxio Peres | Racing Point | 17 | 1:21.607 | 12 | |||||
18 | 6 | Nikolas Latifi | Williams | 18 | 1:21.759 | 12 | |||||
19 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 19 | 1:21.831 | 12 | |||||
20 | 8 | Roman Qrojan | Haas | 20 | – | 1 |