F-1.az xatırladır ki, keçən yarışda bir çoxları mühərriyin və əyləclərin həddən artıq qızmasından şikayət etmişdi. Bu sessiyadakı isti hava şəraiti komandaların həmin problemləri görməsinə və aradan qaldırmasına imkan yaradıb. Qeyd edək ki, gələn həftəsonu Macarıstanda da bənzər hava şəraiti gözlənilir.
Sürücülərin əksəriyyəti sessiyaya Medium və Hard təkərlərlə ardıcıl dövrələr vuraraq başlayıblar, lakin bir qədər sonra bokslara qayıdıblar. Rikkardo startdan 19 dəqiqə sonra 9-cu döngədə qəza edib. Avstraliyalı sürücü maşını səndələyərək tərk edib. O, müayinə üçün tibbi mərkəzə göndərilib və baxışdan sonra buraxılıb. Maşının təxliyəsinə 10 dəqiqə lazım olub və sürücülər proqramları üzrə işləməyə davam ediblər.
Elbon 39-cu dəqiqədə pit yolundan çıxdıqdan sonra üçüncü döngədə dayanıb, lakin sonra yoluna davam edib. Gəns sürücü bir də sona 10 dəqiqə qalmış 7-ci döngədə asfaltdan çıxıb və boksa qayıdıb.
Həmilton, Ferstappen, Fettel, Stroll və Elbonun nəticələri 9-cu və 10-cu döngələrdə trasdan tam çıxdılqarı üçün ləğv edilib.
Protokollara bu dəfə 1:03.660-lıq nəticə ilə Maks Ferstappen başçılıq edib. Bu həftəsonu üçün sonuncu məşqlər sabah 14:00-da baş tutacaq.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:03.660 | – | 27 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:03.703 | 0.043 | 36 |
3 | 11 | Serxio Peres | Racing Point | 1:03.877 | 0.217 | 43 |
4 | 18 | Ləns Stroll | Racing Point | 1:04.241 | 0.581 | 43 |
5 | 55 | Karlos Sayns | McLaren | 1:04.333 | 0.673 | 44 |
6 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:04.348 | 0.688 | 26 |
7 | 23 | Aleksander Elbon | Red Bull | 1:04.437 | 0.777 | 28 |
8 | 4 | Lando Norris | McLaren | 1:04.541 | 0.881 | 31 |
9 | 16 | Şarl Lekler | Ferrari | 1:04.706 | 1.046 | 34 |
10 | 31 | Esteban Okon | Renault | 1:04.746 | 1.086 | 32 |
11 | 10 | Pyer Qasli | AlphaTauri | 1:04.757 | 1.097 | 36 |
12 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:05.050 | 1.390 | 34 |
13 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:05.152 | 1.492 | 23 |
14 | 36 | Antonio Covinatsi | Alfa Romeo | 1:05.365 | 1.705 | 36 |
15 | 63 | Corc Rassell | Williams | 1:05.588 | 1.928 | 33 |
16 | 5 | Sebastyan Fettel | Ferrari | 1:05.613 | 1.953 | 39 |
17 | 6 | Nikolas Latifi | Williams | 1:05.655 | 1.995 | 48 |
18 | 20 | Kevin Maqnussen | Haas | 1:05.790 | 2.130 | 36 |
19 | 8 | Roman Qrojan | Haas | 1:06.096 | 2.436 | 37 |
20 | 3 | Daniel Rikkardo | Renault | – | – | 2 |