Ştiriya-2020: Həftəsonuna hava proqnozu

Ştiriya Qran Prisi Avstriya Qran Prisindən cəmi bir həftə sonra eyni trasda keçirilsə də, biz tamamilə fərqli hava şəraitinin şahidi ola bilərik.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, çempionatın iştirakçılarını keçən həftəki günəşli havanın əksinə, tufan və yağış gözləyir. Cümə günü hava isti olacaq, temperatur +29 dərəcəyə çatacaq. Lakin axşam şimşək çaxacaq.

Şənbə günü hava +19 dərəcəyə qədər soyuyacaq, gün ərzində yağışın yağma ehtimalı 90%-dir.

Bazar günü hava +21 dərəcəyə qədər isinəcək, yağıntı ehtimalı isə 20% qiymətləndirilir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*