Ştiriya-2020: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri Şpilberqədki ardıcıl ikinci yarış həftəsonu üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, keçən yarışı heç də yaxşı başa vurmayan Həmilton bu dəfə də qələbəyə əsas namizəd hesab edilir, qələbə qazanan Bottasın şansları isə ondan kifayət qədər aşağı qiymətləndirilir. Bukmeykerlərin fikrincə, Ferstappen Mercedes sürücüləri ilə mübarizə apara biləcək yeganə şəxsdir.

Ştiriya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 1.91
Valtteri Bottas 3.25
Maks Ferstappen 4.33
Aleksander Elbon 26.00
Şarl Lekler 41.00
Sebastyan Fettel, Lando Norris, Karlos Sayns, Serxio Peres, Ləns Stroll 67.00

 

Həmilton ilk yarışdan sonra komanda yoldaşından 13 xal geridə olmasına baxmayaraq, yenə də titul qazanmağa ən yaxın sürücü hesab olunur. Bukmeykerlər çempionluq uğrunda mübarizənin Mercedes-in iki sürücüsü arasında gedəcəyinə inanırlar…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.57
Valtteri Bottas 3.50
Maks Ferstappen 10.00
Şarl Lekler 13.00
Sebastyan Fettel 67.00

 

Həm bukmeykerlərin, həm də Formula1 ilə yaxından-uzaqdan maraqlanan hər kəsin hansı komandanın çempion olacağını düşündükləri barədə danışmaq artıq olar…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.12
Red Bull 9.00
Ferrari 17.00
McLaren 101.00
Racing Point 201.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*