F-1.az bildirir ki, ilk sessiyada iki ehtiyat sürücü iştirak edib – Robert Kubitsa Antonio Covinatsini, Cek Eytken isə Corc Rasselli əvəzləyib. Haas-da keçən həftə Qrojan əyləclərdəki sızmaya görə ilk sərbəst yürüşləri qaçırmışdısa, bu dəfə komanda yoldaşı Maqnussen güc qurğusundakı problemə görə cəmi 3 dövrə vura bilib.
Latifi 27-ci dəqiqədə ötürmələr qutusu sıradan çıxdığı üçün trasda dayanmalı olub və Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Bir qədər sonra isə bu rejim təxliyə maşınına ehtiyac olduğu üçün qırmızı bayraqlarla əvəz edilib. Fasilə 7 dəqiqə davam edib.
Fettel trasdan çıxıb, Kvyat isə üçüncü döngədə yerində fırlanıb. Hər iki halda sürücülər yollarına davam edə biliblər.Protokllara Ferstappeni cüzi fərqlə üstələyən Peres başçılıq edib – 1:04.867. Hər iki sürücü Soft təkərlərlə nəticə göstəriblər. Mercedes pilotları isə Medium və Hard təkərlərlə işləyiblər.
İkinci sərbəst yürüşlər Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 11 | Serxio Peres | Racing Point | 1:04.867 | – | 32 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:04.963 | + 0:00.096 | 31 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:05.089 | + 0:00.222 | 31 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:05.120 | + 0:00.253 | 28 |
5 | 18 | Ləns Stroll | Racing Point | 1:05.396 | + 0:00.529 | 36 |
6 | 23 | Aleksander Elbon | Red Bull | 1:05.483 | + 0:00.616 | 28 |
7 | 55 | Karlos Sayns | McLaren | 1:05.602 | + 0:00.735 | 40 |
8 | 10 | Pyer Qasli | AlphaTauri | 1:05.698 | + 0:00.831 | 27 |
9 | 3 | Daniel Rikkardo | Renault | 1:05.769 | + 0:00.902 | 31 |
10 | 5 | Sebastyan Fettel | Ferrari | 1:05.770 | + 0:00.903 | 25 |
11 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:05.815 | + 0:00.948 | 28 |
12 | 16 | Şarl Lekler | Ferrari | 1:05.837 | + 0:00.970 | 28 |
13 | 31 | Esteban Okon | Renault | 1:05.874 | + 0:01.007 | 35 |
14 | 4 | Lando Norris | McLaren | 1:05.908 | + 0:01.041 | 25 |
15 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:06.441 | + 0:01.574 | 23 |
16 | 8 | Roman Qrojan | Haas | 1:06.446 | + 0:01.579 | 31 |
17 | 40 | Cek Eytken | Williams | 1:06.768 | + 0:01.901 | 35 |
18 | 88 | Robert Kubitsa | Alfa Romeo | 1:06.797 | + 0:01.930 | 31 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:09.598 | + 0:04.731 | 6 |
20 | 20 | Kevin Maqnussen | Haas | – | – | 3 |