Stella: Problemlərimiz güc qurğusu ilə bağlı deyil

Deyəsən, 2026-cı ildə Formula1 yeni güc qurularına keçəndə McLaren komandası Mercedes-lə işləməyə davam edəcək...

F-1.az xatırladır ki, mətbuatda britaniyalıların Honda və ya Ford güc qurğusuna keçəcəyi barədə şayiələr yayılmaqdadır…

Andrea Stella: “Zavod komandası olmaq gözəldir, amma tərəfdaşınız tanınmış istehsalçıdırsa, demək olar ki, eynidir. Yeni tənzimləməyə keçid zamanı tərəfdaşın dəyişdirilməsi müəyyən risklə bağlıdır və 2026-cı ildə biz mübarizədə iştirak etmək istəyirik. “Bizim layihəmiz yetərincə yetişmədiyi üçün bizə daha iki il lazımdır”, – demək istəmirəm. Biz yaxşı formada olmaq istəyirik – həm şassinin səmərəliliyi baxımından, həm də yaxşı güc qurğusu ilə.

Seçmək məcburiyyətində olsaydım, zavod dəstəyini seçərdim, amma bunun qalib gəlməyinizə imkan verən fundamental fərq olduğunu düşünmürəm. Hazırda məhdudiyyətlərimizin güc qurğusu ilə heç bir əlaqəsi yoxdur, onlar sistem xarakteri daşıyır – biz onlara diqqət yetirəcəyik. Biz aerodinamikanın və təkərlərin idarə olunmasının səmərəliliyini artırmalıyıq. Bizim əla güc qurğumuz var, bizim vəziyyətimizdə bu, rəqabət qabiliyyətinə təsir etmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*