Stefan GP starta çıxmaq həvəsini və hazırlığını təsdiq edib

Serbiyanın Stefan Grand Prix komandası hələ də ümid edir ki, FİA 2010-cu il dünya çempionatın startına çıxamaq üçün komandaya icazə […]

Serbiyanın Stefan Grand Prix komandası hələ də ümid edir ki, FİA 2010-cu il dünya çempionatın startına çıxamaq üçün komandaya icazə verəcək. Bu gün komandanın mətbuat xidməti növbəti relizi yayıb…

Relizdə deyilir: “Stefan GP 2010-cu ilin dünya çempionatının bütün yarışlarında iştirak etmək arzusunun olmasını və daha vacib olan hazırlığını bir daha təsdiq etmək istəyir.

Komanda etiraf edir ki, bu yalnız FİA və FOM-un razılığı ilə mümkündür, amma inanır ki, Formula1 ailəsi yekunda düzgün qərar qəbul edəcək.

Bu mövzuda yeni mətbuat relizi olmayacaq və biz Bəhreyndə maşınımız nümayiş etdirməyə icazəni gözləyirik.”

Əvvəl xəbər verilmişdi ki, Stefan GP komandası mətbuat üçün gələn həftəyə təqdimat mərasimi planlaşdırıb və bazar ertəsi 1997-ci ilin dünya çempionu Jak Vilnövdən Kölndə Toyota Motorsport-un bazasında oturacağın ölçüləri götürüləcək. Komanda artıq ikinci maşınını da hazırlayıb, avadanlıqların bir hissəsi isə Bəhreynə çatıb – komanda Qran Prinin startına çıxamaq üçün maksimum hazırdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*