Ştayner: On komanda kifayətdir

Haas komandasının başçısı Günter Ştayner Formula1-də yeni komandanın çıxış etmək istəyinə münasibət bildirib.

F-1.az xəbər verir ki, söhbət Maykl Andrettiyə məxsus olan Andretti Global layihəsinin çempionata gəlmək səylərindən gedir.

Günter Ştayner: “Belə olan halda qərar komandalarla deyil, Formula1 rəhbərliyindədir, lakin biz öz fikrimizi bildirə bilərik.

On komanda kifayətdir. İndi rəhbərlikdə hər kəsə aydındır ki, Formula1 əla formadadır. Bəs 11-ci komandanın gəlişi Formula1-i daha da yaxşılaşdıracaqmı? Gəlirləri artıracaqmı? Məncə, yox. Məncə, heç bir qazanc əldə etməməkdən və gəlirin bir hissəsini kiminləsə bölüşməkdənsə, on sabit komandaya sahib olmaq daha yaxşıdır.

Əgər 11-ci komanda Formula1-in gəlirini 10% artıracaqsa, niyə də olmasın. Bəs yeni komanda ümumi gəlirimizin 10%-ni bizdən alırsa, belə bir qərar verməyin nə mənası var?

Start düzümündə iyirmi maşın – bu tam kifayətdir. Dediyim kimi, bütün komandalar çox stabildirlər və gələcəyə inamlı, əmindirlər. Onlar ya nə etdiyini bilən və rəhbərlik etməyi bacaran insanlara, ya da gələcəyinə arxayın olan böyük şirkətlərə aiddirlər. Həmçinin, Audi tezliklə gəlir – onlar öz komandalarını yaratmaqdansa, komanda almağa qərar verdilər, çünki indi sıfırdan Formula1 komandası yaratmaq çox çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*