Ştayner komandadakı vəziyyətdən razıdır

Haas-ın rəhbəri Niko Hülkenberqin Mik Şumaxeri əvəzləməsindən sonra komandada artan rəqabətdən məmnunluğunu gizlətmir.

F-1.az xatırladır ki, komanda gənc Şumaxer ilə keçən ilin sonunda müqaviləyə xitam verib və onun yerinə təcrübəli həmyerlisi Hülkenberqi gətirib.

Günter Ştayner: “Nikonun gəlişinin Kevin üçün nələri dəyişdiyini söyləmək çətindir, bu barədə ondan soruşmaq daha yaxşıdır, amma məncə, Maqnussenin istinad nöqtəsi var və o, əlindən gələni edir.

Niko öz işini yaxşı bacarır. Onun gələndə dərhal necə sürət göstərməsi məni çox təəccübləndirdi. Bir çox insan dedi ki, üç buraxılmış tam mövsümdən sonra onun sürətini bərpa etmək üçün təxminən altı ay lazım olacaq. Açığı, ona yarım il lazım deyildi və bunu da hər kəsə sübut etdi.

Düşünürəm ki, belə ciddi rəqabət Kevin üçün yaxşıdır. Onun səy göstərməli olduğu bir meyar var və bunu bəyənir. Niko qabağa gedirsə, o, əsəbiləşmir, əksinə, onu üstələməyə çalışır – bizə məhz bu lazımdır. Biz komandada sağlam rəqabət görmək istəyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*